Azərbaycanda ağır yol qəzası baş verib
  • Ötən gün saat 18:30 radələrində Ələt–Astara magistral yolunun 191-ci km-də, yolun Ürgə kəndindən keçən hissəsində iki maşının toqquşması nəticəsində 2 nəfər ölüb.

21 yaşlı Lənkəran şəhər sakini Yasər Yaşar oğlu Hüseynzadə Astara istiqamətində hərəkətdə olarkən idarə etdiyi “VAZ-21054” markalı maşın əks istiqamətdən gələn Masallı rayonun Kolatan kənd sakini, 46 yaşlı İlham Xəlil oğlu Murtuzayevin idarə etdiyi “VAZ-21074” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər 2 maşın tamamilə sıradan çıxıb. Sürücü və sərnişinlər deformasiyaya uğramış maşından Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilas ediciləri tərəfindən çıxarılıb. “VAZ-21074” markalı maşında olan sərnişin, Masallı rayonunun Kolatan kənd sakini, 50 yaşlı Nəzər Səmənd oğlu Əliyevin aldığı xəsarətlərdən hadisə yerindəcə keçinməsi məlum olub. Həmin maşının sürücüsü İlham Murtuzayev isə ağır vəziyyətdə Lənkəran regional müalicə diaqnostika mərkəzinə çatdırılsa da həkimlərin səyi nəticəsiz qalıb. Sürücü az sonra xəstəxanada keçinib. Bu maşında olan digər sərnişin-Kolatan kənd sakini 56 yaşlı Fikrət Cankişi oğlu Qəmbərov və digər “VAZ-21054” maşının sürücüsü Yasər Hüseynzadə də hadisə nəticəsində ağır xəsarət alıb və Lənkəran regional müalicə diaqnostika mərkəzinə yerləşdirilib. Hər ikisinin vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, artıq faktla bağlı araşdırmalar başlanılıb. İşi araşdıran BDYP idarəsinin istintaq şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun bölgə müxbirinə verdiyi məlumata görə, qəzanın baş verməsinə səbəb sürücülər tərəfindən hərəkətin təhlükəsizliyini təmin etməyən manevr olub. Müstəntiq qəzanın baş verməsində yüksək sürət amilinin də az rol oynamadığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə cinayət işi başlanıb.
Sabina Əsədova
(ANS)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.