Anri yenidən "Arsenal"a qayıtdı
  • İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger fransız futbolçu Tyeri Anrinin iki aylığa onun rəhbərliyi altında çıxış edəcəyini bildirib.

Müqavilə ilə ABŞ-ın “Nyu-York Red Bull” klubuna məxsus olan Tyeri Anri 2012-ci ilin yanvar və fevral aylarında “Arsenal”da icarə əsasında çıxış edəcək. 

Bu müddət ərzində fransız futbolçu İngiltərə çempionatının 7 oyununda çıxış edə biləcək. Qeyd edək ki, Tyeri Anri bu ilin noyabrında ABŞ futbol çempionatı yekunlaşdıqdan sonra “Arsenal”ın düşərgəsində məşq edir. 

Xatırladaq ki, 34 yaşlı futbolçu 1999-cu ildən 2007-ci ilədək “Arsenal”ın şərəfini qoruyub. London klubunun heyətində 226 qol vuran futbolçu klubun tarixi ərzində ən yaxşı bombardir ünvanına sahibdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.