Kanada kraliçası nazirə erə getdi
  • Peter MacKay Kanadanın "2003 Gözəllik Kraliçası" adını almış İran əsilli Nazənin Afşin-Cam ilə evlənib.

Meksikada yalnız xüsusi qonaq qrupunun qatıldığı toyla səssiz-sədasız subaylığa son qoyan Peter MacKay, evliliyini də www.petermackay.ca adlı fərdi internet saytı vasitəsiylə açıqlayıb. MacKay internet saytının ana səhifəsindən, "dostlar, Nazənin Afşin-Camın ailəsi və sevdiklərimizlə birlikdə xüsusi bir mərasimlə evləndiyimizi sevinclə sizlərə elan edirəm. O mənim həyatımın ən əhəmiyyətli adamıdır və biz önümüzdəki günləri birlikdə keçirəcəyik. Nazənin və mən hər kəsə xoşbəxt illər arzulayırıq'' mesajı ilə evlilik xəbərini paylaşıb.

Peter MacKay ilə evlənən Nazənin Afşin-Cam isə əslən iranlıdır və 2003-cü ildə "Kanada Gözəllik Kraliçası" adını alıb. Daha sonra isə qatıldığı "Dünya Gözəllik Kraliçası" yarışmasında ikinci yeri tutub, yaratdığı "Uşaq Edamlarına Son!" vəqfi ilə insan haqqları sahəsində işlər görüb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.