İsa Qəmbər İctimai Palatadakı istefalardan danışdı
  • Müsavat Partiyasının başqanı İsa Qəmbər Koordinasiya Şurasının üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və Köçəri Nağıbəylinin istefasına münasibət bildirib.

FOXnews.az-ın məlumatına görə İsa Qəmbər “Media forum” saytına açıqlamasında deyib ki, Türkiyədə səfərdə olduğu üçün Koordinasiya Şurasının sentyabrın 19-da keçirilən toplantısında iştirak etməyib: “Məlumatları yeni almışam. İlkin bildiklərimizə görə, dostlarımızın istefa niyyəti Müsavat və AXCP-nin Yeni Azərbaycan Partiyası ilə birgə imzaladığı müraciətlə birbaşa bağlı deyil. Yəni istefa niyyəti daha çox İctimai Palatanın daxili prosedurları, siyasi partiyalarla vətəndaş cəmiyyəti nümayəndələrinin rolu və münasibətləri kontekstində ortaya çıxan bir mövqedir”.

İsa Qəmbər bildirib ki, artıq məsələni istefa vermək niyyətində olan şəxslərlə müzakirə edib: “Dostlarımızla söhbət etmişəm. Hesab edirəm ki, bu məsələ bir daha dəyərləndirilməlidir. Məsələ Koordinasiya Şurasında müzakirə olunmalıdır. Bundan sonra hər kəs öz mövqeyini bildirə bilər. Amma hər halda bir daha dəyərləndirməyə ehtiyac var və belə bir dəyərləndirmə olacaq. Buna razılaşmışıq. Qalan məsələləri zaman göstərəcək”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.