Ramil Səfərovdan təzə xəbər var
  • Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxaq əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov açıqlamasında bu yaxınlarda azadlığa çıxan mayor Ramil Səfərovdan danışıb:

“Ramil Səfərov hazırda məzuniyyətdədir, ailə-məişət problemləriylə məşğuldur. Məzuniyyət müddəti başa çatan kimi o, peşəkar zabit olaraq xidməti fəaliyyətə başlayacaq”.

Lakin general Ramil Səfərovun hansı hərbi hissədə qulluq edəcəyini açıqlamaq istəməyib.

Sentyabrın 1-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edərək, ona mayor rütbəsi verib və hərbi xidmətə bərpa edib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.