AFFA: "Aygün Kazımova konsertlərimizdə oxumayacaq"
  • "Xalq artisti Aygün Kazımovanın "Qol" mahnısının ölkəmizdə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatının heç bir tədbirində səslənməsi nəzərdə tutulmayıb".

Bu sözləri AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

Onun sözlərinə görə, AFFA-nın sözügedən mahnıya heç bir aidiyyatı yoxdur: "Xalq artisti mahnını çempionatda iştirak edən yeniyetmə qızlarımızdan ibarət milli yığmamıza dəstək məqsədilə şəxsi təşəbbüsü ilə yazdırıb. Sənətçi olaraq bu onun haqqıdır, biz onun yaradıcılıq işlərinə qarışa bilmərik. Mahnı və klip istənilən yerdə səslənə və yayımlana bilər. Bizim Aygün xanımla heç bir problemimiz olmayıb və hal-hazırda da yoxdur. Amma Aygün Kazımovanın "Qol" mahnısının çempionatın tədbirlərində səslənməsi və onun çıxışı nəzərdə tutulmayıb".

 

Samirə Salahova

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.