Tarkan Leyla Əliyevanın sözlərinə mahnı oxuyacaq
  • Türkiyənin məşhur müğənnisi Tarkan Azərbaycanda iki gün konsert proqramıyla çıxış edəcək. Tarkan sentyabrın 7-si Qəbələdə, 8-i Bakıda konsert proqramıyla çıxış etməli idi.

Amma hələ də Tarkan ölkəyə gəlməyib. Konsertin təşkilatçısı Nahid Emiloğlu ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirdik. O, bildirdi ki, konsert proqramı təxirə salınmayıb, sadəcə vaxtı dəyişdirilib:

“Konsertin vaxtı dəyişdirilib. Amma dəqiq vaxtl açıqlanmır. Çünki hazırda bununla bağlı danışıqlar gedir. Buna baxmayaraq, demək olar ki, hər şey hazır vəziyyətdədir”.

Təşkilatçı onu da qeyd etdi ki, Tarkanın konsert proqramında heç bir dəyişiklik olmayacaq. Belə ki, müğənni iki Azərbaycan mahnısını səsləndirəcək:

“Tarkan sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olan “Nigaranam” mahnısını və sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus olan mahnıları təqdim edəcək”. N.Emiloğlu konsertin işıqlandırdılması üçün KİV nümayəndələrinə şərait yaradılacağını vurğuladı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.