"Nokia Lumia 920"-yə sərt rəqib gəlir
  • "Nokia"-ya şirkətinə "Samsung", "Apple" şirkətindən sonra, "LG" şirkəti də sərt rəqib olmağı planlaşdırıb.

"Nokia"-nın "PureView" kamera texnologiyası kimi tanınan yeniliklərinə cavab olaraq, "LG"-də yeni bir cihaz çıxartmağı qarşısına hədəf qoyub. Yeni cihaz "sensor" ekranla işləyəcək.

Bundan əlavə, "optik zoom" sistemini özündə cəmləşdirəcək. Şirkət bu məsələdə qərarlı olduqlarını bunun üçün artıq işlərə başladıqlarını bildiriblər. Belə ki, "LG" şirkəti 16 "meqapiksel"-lik kamerada "optik zoom" sistemini tətbiq etməklə dünyada ciddi rəqiblərdən birinə çevrilməyi planlaşdırır.  

16 "meqapiksel"-lik "optik zoom" kameranı isə Ağıllı telefonlar seriyasından olan   modellərdən birinə tətbiq edəcək. Bununla da, "Nokia" şirkəti başda olmaqla bir çox tanınmış şirkətlərdən qabağa keçməyi planlaşdırır.

Vüsalə Telmanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.