Azərbaycan Dərbəndə humanitar yardım göndərdi (FOTO)
  • Azərbaycan Fövqəladə Hallar nazirliyi Rusiyanın Dağıstan respublikasının Dərbənd şəhərinə seldən zərər çəkənlər üçün humanitar yardım göndərib.

FOXnews.az-ın FHN-in Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsindəki hərbi hissəsindən 18 yük maşınından ibarət yardım karvanı saat 20 radələrində Dərbəndə yola düşüb.

FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, yardım Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə göndərilir. Sabah Dərbəndə çatacaq maşın karvanını 25 nəfər FHN əməkdaşı müşayiət edir. Onun sözlərinə görə humanitar yardıma bir maşın qənd, 3 maşın makaron, 6 maşın un, 2 maşın bitki yağı, 2 maşın dərman, bir maşın çay, bir maşın adyal, bundan başqa düyü, ət, qaz sobaları və soyuducular daxildir.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.