“İctimai Palatada nə ilə məşğul olduğları heç özlərinə belə, məlum deyil”
  • “Mən onu əvvəldən məzlumsuz bir qurum hesab etmişəm” “İctimai Palata lüzumsuz, mahiyyəti bəlli olmayan bir qurumdur.

Hətta onların nə ilə məşğul olmaları özlərinə belə, məlum deyil”. Bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatada bugünkü istefaları şərh edərkən bildirib. 

“Biz əvvəldən İctimai Palata adlı qurumu tanımamışıq. Mən onu əvvəldən məzlumsuz bir qurum hesab etmişəm. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, əvvəli olmayanın sonu da olmayacaq”.

S.Novruzov qeyd edib ki, artıq qurumun üzvləri İP-in perspektivsizliyini görüb ordan uzaqlaşmağa başlayıblar. 

“İndi bura toplaşanların bəziləri müəyyən bəhanələr gətirib oradan uzaqlaşmağa çalışırlar. Təbii ki, bu belə də olmalı idi, bunun başqa yolu yoxdur”-deyə YAP rəsmisi deyib.

Aynur Cəfərova

(Modern)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.