Habil Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində qeyd edilib
  • Oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində tədbir keçirilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini, millət vəkilləri, elm və incəsənət xadimləri, yubilyarın ailə üzvləri, sənət dostları iştirak ediblər. Yubiley mərasimini professor Rafael Hüseynov idarə edib. Mərasimdə Habil Əliyevin yaradıcılıq yolundan bəhs edən video nümayişi ilə başlanılıb. Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik nitqini səsləndirmək üçün nazir müavini Ədalət Vəliyev çıxış edib. Nazir təbrik məktubunda Habil Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında göstərdiyi misilsiz xidmətlərini qeyd edərək, onu yaradıcılığının bütün dövrlərində peşəsinə sadiq olan sənətkar kimi qiymətləndirilib. Tədbir boyu bir neçə dəfə xalq artistinin ayrı-ayrı illərdə ifa etdiyi ən məşhur mahnılarının video yazısı nümayiş olunub. R.Hüseynov qeyd edib: “Habil kamançanı başqa dildə danışmağa öyrətdi. Çox sevinirik ki, bu gün 85 illiyində Habil Əliyev qarşımızdadır və bu gün yanımızdadır. Onun sənəti əvəzedilməzdir”.

Yubilyarı təbrik etmək üçün yerli sənətçilərlə bərabər Cənubi Azərbaycandan bir çox musiqiçilər iştirak edib. Xalq artistləri Aygün Bayramova, Arif Babayev, Azər Zeynalov, İlhamə Quliyeva, xanəndələr Babək Niftəliyev. Səbinə Ərəbli, İlkin Babayev, Ehtiram Hüseynov öz ifaları ilə yubilyara təbriklərini çatdırıblar. Tədbir boyu yubilyara xüsusi gül dəstələri, hədiyyələr və təbrik məktubları təqdim olunub. 85 yaşlı sənətkar öz yubiley tədbirində bir neçə dəfə söz alıb və maraqlı əhvalatlar, yaşadıqları gülməli xatirələrdən danışıb: “Burada bizimlə olan hər kəsə təşəkkür edirəm. Musiqiçisinə bu qədər dəyər verən xalqımla fəxr edirəm. Bəzi adamlar pullu olmaqları ilə fəxr edirlər. Mənim varım, dövlətim xalqımdır, sənətimdir”.

Yubiley mərasimində Habil Əliyev, tamaşaçıların uzun illər intizarına son qoyub. Görkəmli sənətkar illərdir onunla yaradıcılıq yolunu birgə addımlayan kamançasını əlinə alıb. Bir neçə dəqiqəlik kamançasını səsləndirən 85 yaşlı sənətkar tamaşaçılara sevincli anlar yaşadıb. Xalq artistinin ifası anşlaqla baş tutan yubiley mərasimində iştirak edən hər kəsin ayaq üstə sürəkli alqışları altında müşayiət olunub.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.