Şeyxülislam “Vətən övladı” qızıl medalına layiq görülüb (FOTO)
  • Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə "Dədə Qorqud" Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılovu qəbul edib.

 

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, İsmayılov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə şeyxülislama məlumat verib. Fond prezidenti Paşazadənin İslam dininin təbliğindəki xidmətlərini, regionda və bütün dünyada sülhün qorunması yolunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib.

İsmayılov bildirib ki, "Dədə Qorqud" Milli Xeyriyyəçilik Fondu milli özünüdərkin təbliğində fərqlənən, Vətənə, xalqa müstəsna xidmətləri ilə seçilən şəxsləri "Vətən övladı" qızıl medalı ilə təltif edir.

Fondun İdarə Heyətinin qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu il həmin mükafata layiq görülüb. Fondun rəhbəri "Vətən övladı" qızıl medalını şeyxülislama təqdim edib.

Paşazadə mükafata görə təşəkkürünü bildirib, fonda gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Xatırladaq ki, "Vətən övladı" qızıl medalına layiq görülənlər arasında görkəmli tarixçi, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Ukraynanın sabiq prezidenti Leonid Kuçma kimi tanınmış şəxslər var. Qafqaz Müsəlmanları İdarəsinin sədri bu medala layiq görülən ilk din xadimidir.

Sabina Əsədova

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.