Bakıda neft emalı zavodunun yerində böyük park salınacaq
  • Bakıda Nobel prospektində "Azneftyağ" NEZ-in yerində böyük park salınacaq. Bunu jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.

 

Onun sözlərinə görə, artıq bu zavodun şəhərin kənarına köçürülməsi barədə qərar qəbul edilib.

"Biz bütün sahibkarlara bu ərazidə hansısa tikinti layihəsi ilə müraciət etməmələrini bildirmişik. Orada park salınacaq", - Ələsgərov deyib.

Komitə sədrinin sözlərinə görə, neft-mədən ərazilərinin təmizlənməsi üzrə ən iri layihələrdən biri Böyükşor gölünün ətrafındakı ərazinin təmizlənməsi olacaq.

"Bu ərazidə parkları, qolf klubu və başqa obyektləri olan müasir kompleks salınacaq", - Ələsgərov bildirib.

Onun sözlərinə görə, "Qara şəhər" adlanan ərzidə neft mədənlərinin ərazilərinin təmizlənməsini nəzərdə tutan "Ağ şəhər" layihəsi çərçivəsində 70 min nəfərlik yaşayış binası tikiləcək.

Həmin işlər "Böyük Bakının inkişafı planı" çərçivəsində nəzərdə tutulub.

Sabina Əsədov

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.