Xanım baş nazir yıxıldı (VİDEO)
  • Avstraliyanın baş naziri Culiya Gillard Hindistan səfəri zamanı xoşagəlməz qəza ilə üzləşib.

“The Telegraph”ın məlumatına görə, Gillard Yeni Dehlidə Mahatma Qandinin məzarını ziyarət edərkən üzü üstə yerə yıxılıb. Qəflətən yıxılan Gillardı yaxınlıqda olan şəxslər köməklik göstərərək yerdən qaldırıblar.

Heç bir xəsarət almayan baş nazir dikdaban ayaqqabının qurbanı olduğunu deyib. “Əgər dikdaban ayaqqabı geyinsəniz, belə torpağa girib qalar. Siz onu çıxartmağa çalışsanız da çıxmaz və nəticə də gördüyünüz kimi olar”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.