"Televiziya və qəzetlər operativ informasiyada internet saytlarına uduzurlar"
  • "Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi, ölkəmizin hazırkı mediya durumu ilə bağlı maraqlı açıqlama yayıb.

Qurumun rəhbəri Mətləb Salahov jurnalistlərə açıqlamasında bildirib ki, indi televiziya və qəzet mediyası, internet informasiyasına rəqabətdə uduzur: "Artıq Azərbaycanda internet saytları, ən oxunaqlı informasiya vasitəsinə çevrilib.

İndi cəmiyyətin böyük hissəsi, televiziyalardan və qəzet səhifələrindən qat-qat daha çox, məhz internet informasiyasına böyük önəm verir. Bu isə o deməkdir ki, televiziya və qəzetlər operativ informasiya rəqabətində internet saytlarına uduzurlar. Qarşıdakı illərdə bu daha kəskin xarakter alacaq.

Çünki Azərbaycan televiziyalarında yaradıcılıq və yenilik əvəzinə ancaq əttökən meyxana yarışları və yalançı evləndirmə proqramları, qəzet səhifələrində isə yalnız ağentlik xəbərləri və təhqir,  şantaj dolu yazılar, yalançı məlumatlar əsas yerdə durur. Bu isə ilk növbədə həm televiziyalarda, həm də qəzetlərdə savadlı və yaradıcı potensialın demək olar ki, sıfra bərabər olması ilə əlaqəlidir."

Aynur Cəfərova

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.