Rəqsanə ərə gedir. Rəqsanənin toy günü məlum oldu
  • Rəqsanə son zamanlar Moskvaya həm öz işləri, həm də qızının dizaynerlik kursu keçməsi ilə əlaqədar tez-tez getdiyini və demək olar ki, Bakıdan çox orda olduğunu söyləyib.

Müğənni evlənəcəyi şəxslə orada tanış olduğunu bildirib:

“O, çox kübar, səmimi insandır. Yaşca də məndən bir neçə yaş böyükdür. Mən bir neçə müddətdir onu tanımağa çalışdım. Çünki bu vaxta kimi çox uğursuz seçimlərim olub. Düzü heç istəmirdim. Amma tanıdıqca gördüm ki, o, övladlarımı qəbul edərək, onlara gözəl ata ola biləcək insandır. Artıq evlilik təklifi gəlib. Yenidən Moskvaya gedirəm. Tezliklə qərarımı verəcəm”

Özündən bir neçə yaş böyük olan imkanlı şəxslə ailə həyatı quracaq.

Publika.Az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, Rəqsanənin övladlarına ata kimi baxacağına söz verən həmin şəxs, müğənninin inamını qazanıb.

Rəqsanə özünün xoşbəxt olduğunu bildirib. Artıq toyun keçiriləcəyi tarix dəqiqləşdirilir.

Samirə Salahova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.