Elnur Baimov istefa verdi
  • Elnur Baimovun Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən ayrılması barədə xəbər təsdiqlənib.

Xəbəri APA-nın sualını cavablandıran Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin direktoru Elnur Abdullayev təsdiq edib. “Elnur Baimov çox gözəl insan və işini çox yaxşı bilən yüksək peşəkardır. Onun getməsi bizi təəssüfləndirdi. Lakin öz potensialını biznes sahəsində reallaşdırmaq onun öz istəyidir və biz buna hörmətlə yanaşırıq”, - deyə E. Abdullayev bildirib. 

Onun sözlərinə görə, Bakı şəhəri nəqliyyatı idarəetmə üzrə direktor vəzifəsinə təyin olunmuş Elnur Baimov qısa müddətdə geniş sahədə aktiv fəaliyyətə başlayıb. “Mən əminəm ki, o, həm biznesdə, həm mediada, həm də maliyyə sahələrində qazandığı uğurları artıracaq”, - deyən E. Abdullayev Elnur Baimova uğurlar arzulayıb. 

E. Baimov onunla əlaqə saxlayan APA-nın müxbirinə də transfer xəbərini təsdiqləyib, lakin əlavə şərhləri bir müddət sonra verməyi vəd edib. 

Qeyd edək ki, sentyabr ayında Azərbaycanda tanınmış top-menecer Elnur Baimovun Nəqliyyat Nazirliyinə transfer olması barədə xəbər mətbuatda geniş işıqlandırılmışdı. Keçən həftə isə mətbuata sızan məlumata əsasən, E. Baimov ölkənin iri biznes qurumlarından birinə keçir və bu səbəbdən nazirlikdən ayrılıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.