Nuşirəvan Məhərrəmli: Problemli ailələr üzərində verilişlərin qurulması arzuolunan deyil
  • Problemli ailələr üzərində verilişlərin qurulması arzuolunan deyil. Qanunvericilik Milli Televiziya və Radio Şurasına imkan versəydi, dərhal həmin halları aradan qaldırardıq.

FOXnews.az-ın veridyi məlumata görə, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

"Bəzən verilişlər çəkilərkən hər iki tərəfin bir-biri ilə dava səhnələrini görürük. Telekanallar elə hesab edir ki, bu normaldır, lakin bu olmamalıdır. Telekanalllar məhkəmə orqanları deyil. Əgər onlar jurnalist araşdırması aparırsa, belə verilişdə heç də dava səhnələri olmamalıdır. Amma kanallar münaqişə tərəflərinin davasını ən ağır formada göstərirlər. Bəzən tərəflər söyüşlər söyürlər. Bunlar qəbul olunan hal deyil. Biz bununla bağlı telekanal rəhbərlərinə öz tövsiyələrimizi vermişik", - Məhərrəmli deyib.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.