Bakıda daha bir yol bağlanacaq
  • Əhməd Rəcəbli küçəsində hər iki istiqamətdə yol təmir-tikinti işləri başa çatana qədər bağlanacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində inşa edilən avtomobil körpüsünün növbəti aşırımının tikintisi ilə əlaqədar oktyabrın 20-dən etibarən Əhməd Rəcəbli küçəsində hər iki istiqamətdə yol təmir-tikinti işləri başa çatana qədər bağlanacaq.

İdarə bu istiqamətdə hərəkət edən sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.