Prezidentlər bəyanatlarla çıxış edib (FOTO)
  • Bu gün sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç mətbuata bəyanatlarla çıxış edib.

"Bosniya və Herseqovina Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri bizim münasibətlərimizin tarixində ilk yüksək səviyyəli səfərdir. Əlaqələrimizin böyük potensialı, böyük gələcəyi var. Ümid edirəm ki, səfər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olacaqdır. Həmçinin əməkdaşlığımızın tarixi kökləri vardır. Qırx il əvvəl Sarayevo ilə Bakı arasında saziş imzalandı və onlar qardaşlaşmış şəhərlər oldu. Düşünürəm ki, biz hazırda bu tarixi əlaqələri bərpa edirik. Əlbəttə ki, yeni mərhələdə - iki müstəqil dövlət səviyyəsində.

Bu gün biz ikitərəfli gündəliyimizdə olan məsələlərə dair geniş müzakirə apardıq. Şübhəsiz ki, siyasi dialoq genişlənir. Biz Bosniya və Herseqovinaya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizlə bağlı göstərdiyi dəstəyə görə minnətdarıq. Biz də öz tərəfimizdən Sizin ölkənizi beynəlxalq təşkilatlarda, beynəlxalq forumlarda dəstəkləyirik. Eyni zamanda, biz iqtisadi əməkdaşlığın perspektivlərini də geniş müzakirə etdik. Tamamilə əminik ki, əməkdaşlığımızın bu sahəsinin çox parlaq gələcəyi var. Çünki biz indi iqtisadi sahədə daha fəal işləyəcəyik və işgüzar dairələrin qarşılıqlı fəaliyyətini və sərmayə imkanlarını tam həcmdə müəyyən edəcəyik. Əminəm ki, bizim icra etdiyimiz birgə layihələr xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Sabina Əsədova

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.